Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, artıq qazax dilinin latın qrafikasına keçirilməsi üçün heç bir problem yoxdur.
SonXəbərlər-in "Tengrinews"a istinadən verdiyi məlumata görə, Nazarbayev, "SSRİ dönəmində yaşayan qazaxlar kiril qrafikası ilə yazıblar, Çində yaşayanlar isə tote jazudan istifadə edib, Qərbdə yaşayanlar isə latım qrafikasından yararlanıblar. Bizim ümumi dilimiz olmasına baxmayaraq, biz üç əlyazmasından istifadə etmişik və heç birimiz digərinin yazısını başa düşməmişik. Elm və texnologiyanın inkişafına baxmayaraq, bu, bütün dünyaya səpələnmiş qazax nəsilləri arasındakı əlaqəni kəsə bilər. Biz sözügedən problemin həlli üçün işlərə başlamışıq. Qazax dilinin latın qrafikasına keçidi bizi birləşdirəcək", - deyə bildirib.
"Mən öz müraciətimdə bunun üçün 2025-ci ilə kimi vaxt qoymuşam və düşünürəm ki, işlərin ləngidilməsi üçün heç bir əsas yoxdur. Alimlərimiz bizim əlifbanı hazırlaya bilərlər. Bunun üçün Türkiyə təcrübəsindən istifadə edə bilərlər, qonşularımız - Azərbaycan, Özbəkistan artıq latın qrafikasına keçiblər. Onların nöqsanlarını öyrənərək, bizə öz əlifbamızı hazırlamalıyıq. Bu çətin deyil, ona görə ki, 1 sinifdən başlayaraq bütün uşaqlara ingilis dilini öyrədirlər. Və bizə çətin olmayacaq", - dövlət başçısı bildirib.