SON DƏQİQƏ

Pakistanda terror: ölənlərin sayı 73-ə çatıb

Tarix:23-06-2017, 11:51

Pakistan törədilən üç terror aktı nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb. SonXəbərlər-in bildirdiyinə görə, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, Paraçinar şəhərində törədilən partlayışlar nəticəsində 55 nəfər dünyasını dəyişib.

 

Yerli xəstəxananın nümayəndəsi deyib ki, tibb ocağına indiyədək 260 nəfər müraciət edib ki, onların əksəriyyətinin vəziyyəti kritikdir.

 

Həmin gün Belucistanın Kvetta şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər dünyasını dəyişib.

 

Karaçi şəhərində isə silahlı insident nəticəsində 4 əsayiş keşikçisi ölüb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN