SON DƏQİQƏ

Fransa və ABŞ Suriya ilə bağlı qərar veriblər

Tarix:28-06-2017, 11:57

Fransanın Yelisey sarayından bildiriblər ki, prezident Emmanuel Makronun ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

 

SonXəbərlər-in məlumatına görə, telefon danışığında Suriya məsələsi müzakirə edilib. Bildirilir ki, kimyəvi hücum olması halında koordinasiyalı şəkildə birgə cavab verilməsi müzakirə edilib. 

 

Xatırladaq ki, Suriyada terrorçuların bazasının Suriya ordusu tərəfindən vurulması nəticəsində həmin bazada saxlanan kimyəvi silah ətrafa yayılmış və zəhərlənmələr baş vermişdi. ABŞ isə əhalinin Suriya ordusu tərəfindən kimyəvi bomba ilə vurulduğunu açıqlamış və terrorçuların bombalanması üçün istifadə edilən Şayrat aerodromunu bombalamışdı. 

 

İndi isə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bəyanat verərək, Suriya hökumətinin Şayrat Hava Bazasında yeni və böyük kimyəvi hücuma hazırlaşdığını açıqlayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN