Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.
SonXəbərlər-in RİA Novostiyə istinadən məlumatına görə, silahlılar məscidin qarşısına avtomobillə gəliblər. Onlar məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Yaralananlardan biri 7 yaşlı uşaqdır.
Cinayətkarlar hadisə yerindən qaçıblar.
Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.
Polis hadisəni terror kimi qiymətləndirmir. Onlar hesab edirlər ki, bu gənc insanların münaqişəsidir.
#BREAKING
— AlMaha A S A (@AlMaha_A_SA) 2 июля 2017 г.
France Terror attack
-2 masked gunmen
-Target was a Mosque in #Avignon
-At least 8 injured pic.twitter.com/Ik3cYVQYlq