SON DƏQİQƏ

Qətərə cavab üçün əlavə 48 saat saat verildi

Tarix:3-07-2017, 11:29

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərə Qətərin 13-bəndlik ultimatumu yerinə yetirməsi üçün vaxtı 48 saat uzadıblar. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Al Jazeera telekanalı xəbər yayıb.

 

Bundan əvvəl KUNA agentliyi məlumat vermişdi ki, danışıqlarda vasitəçi rolunda olan Küveyt  hökuməti 4 ölkənin ultimatumu ilə əlaqədar Qətərin cavabını alıb. QətərXİN rəhbəri  Muhəmməd bin Əbdel Rəhman Əl-Tani vasitəsi ilə verilən cavabda, tələblər barədə qərar üçün əlavə 48 saat möhlət istənilmişdi. 

 

Bunun yanında, Qətərə münasibətdə ümumi mövqeyi  formalaşdırmaq üçün iyulun 5-də Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn XİN rəhbərlərinin  görüşü keçiriləcək.

 

Xatırladaq ki, iyunun 22-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir hökumətləri  Küveytin vasitəsi ilə Qətərə böhrandan çıxmaq üçün 13 bəndlik ultimatum təqdim etmişdilər və cavab üçün 10 gün vaxt vermişdilər.

 

Tələblər arasında – Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması, Qətərdə  Türkiyə hərbi bazasının ləğvi də var. Rəsmi Ankara bu tələbləri  Respublikaya hörmətsizlik kimi dəyərləndirib. Qətər hökuməti isə şərtləri qeyri-mümkün adlandıraraq, onlara yenidən baxılmasına çağırıb.

 

Xatırladaq ki, iyunun 5-də  Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmənin fərari hökuməti, Liviyada müvəqqəti hökumət, Maldiviya  Respublikası və Mavrikiya Respublikası Qətərlə diplomatik əlaqələri dayandırdıqlarını elan etmişdi. Bir sıra ölkələr isə digər tədbirlər, o cümlədən  dəniz aviarabitələrin dayandırılması, bank əməliyyatlarının dayandırılması, Qətər vətəndaşlarının və diplomatların ölkədən çıxarılması barədə tədbirlər görüblər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN