Suriyada İŞİD terror təşkilatının Kosovodan olan başçılarından biri - Lavdrim Muhadjeri öldürülüb. O, İdlib vilayətində Rusiya Hərbi Hava Qüvvələri və Suriyanın "Tiger" komandası ilə birgə keçirilən əməliyyat zamanı məhv edilib.
SonXəbərlər-in məlumatına görə, bu barədə "Pronews" xəbər yayıb.
Bundan əvvəl mediada dəfələrlə Muhadjerinbin öldürülməsi barədə məlumat yayılmışdı. O, Əbu Abdulla əl-Kosova ləqəbi ilə tanınırdı və "qəssab" adlandırılırdı. Muhadjeri 2014-cü ildə xristian, şiə və ələvilərin başlarının kəsilməsi video-çarxı ilə məşhur olmuşdu. ABŞ Dövlət Departamenti 2014-cü ildən onu terrorçuların siyahısına daxil etmişdi.
Terrorbaşı Suriyaya Kosovo və Albaniyaya 4 aylıq səfərdən sonra may ayında qayıtmışdı.
Əməliyyat zamanı onun 20 mühafizəçisindən altısı da öldürülüb.
Ən maraqlısı isə odur ki, terrorbaşının öldürülməsindən sonra Kosovonun infrastruktur naziri Muhadjerinin ailəsini ziyarət edib və başsağlığı verib.
Xatırladaq ki, Muhadjeri Suriyada əsir götürdükləri şəxsləri qumbaraatanla öldürürdü.