SonXəbərlər-in verdiyi məlumata görə, Suriyada "Fəth əl-Şam" (keçmiş adı "Əl-Nusra" cəbhəsi) terrorçuları İdlib şəhərində Xan Şeyxun və Kəfra qəsəbələrində sarın qaz ilə bağlı təxribat hazırlıqları görürlər. Bu barədə "Sputnik" agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İdlibdə Əl-Mağara məhəlləsindəki yaşayış binasına zəhərli maddə olan sarin qazı yerləşdirilib. Məqsəd isə yaşayış binasının sarin qazından istifadə edilməklə bombalandığını göstərmək və bununla da Suriya hökumətini günahkar kimi təqdim etməkdir.
Qeyd edək ki, təxribat hazırlıqları üçün ABŞ və Türkiyədən olan rəsmilərlə "Fəth əl-Şam"ın komandirləri bir araya gəliblər.
Bu addım Suriya hökumətinin nüfuzunu salmaq və 4-5 iyulda keçirilməsi planlaşdırılan Astana danışıqlarını baltalamağa yönəlmiş addım kimi də qiymətləndirilir.