Türkiyə ordusunun Afrin əməliyyatı ilə bağlı hazırlıqları tamamlamasından sonra PKK-nın Suriya qolu PYD qüvvələri Menbicə doğru hərəkət etməyə başlayıb.
Axar.az xəbər verir ki, şəhərdə yüzlərlə gəncin zorla qruplaşmaya daxil edilməsinə başlanılıb.
Bu durumda Türkiyə sərhədində yerləşən Menbicdə terrorçuların hər hansı təxribata əl atacağı da istisna edilməyib.