Rusiya prezidenti Vladimir Putin "Kortej" layihəsi çərçivəsində istehsal edilən yeni limuzini test edib. SonXəbərlər-in məlumatına görə, bu barədə "İzvestiya" yazıb.
Bildirilir ki, prezident "Prototip A" adı verilən avtomobildə hərəkət edib. Federal Mühafizə Xidməti məhz bu maşını cari ilin sonuna kimi təhvil alacaq.
Vladimir Putin artıq layihə ilə tanış olub və limuzinin müxtəlif tiplərinə baxıb və razı qalıb. Limuzin 2018-ci ildə prezidentin inauqurasiya mərasiminə hazır olacaq.
Qeyd edək ki, "Kortej" layihəsi çərçivəsində dövlətin birinci şəxsləri üçün avtomobillər hazırlanır. 4 tip avtomobil hazırlanacaq: limuzin, sedan, yolsuzluq avtomobili və miniavtobus.