SON DƏQİQƏ

Londonda İslamofobiya əleyhinə aksiya keçirilib - FOTO

Tarix:6-07-2017, 15:37

İngiltərənin paytaxtı Londonda islamofobiya əleyhinə aksiya keçirilib.

 

SonXəbərlər-in məlumatına görə, "İrqçiliyə Qarşı Ayağa Qalx" adlı vətəndaş hərəkatı tərəfindən təşkil olunan aksiya iştirakçıları şəhərin şərqindəki Stratford səmtinin metro stansiyası qarşısında toplaşıb.

 

İslam əleyhinə nifrət cinayətlərindən əziyyət çəkən insanlara dəstək və bu insanlarla həmrəylik çağırışı ilə keçirilən mitinqdə, keçən ay Londonun şərqində yol işığında gözləyən avtomobilə yaxınlaşan bir təcavüzkarın atdığı turşuyla yaralanan 2 müsəlman da anılıb.

 

"İslamafobiyaya yox", "Nifrətə yox!" yazılmış plakatlar daşıyan nümayişçilər turşulu hücumda yaralanan 37 yaşlı Jameel Muxtar ilə eyni maşında olan 21 yaşlı Reşam Xana dəstək məzmunlu şüarlar səsləndirilib.

 

Aksiyanın təşkilatçılarından olan Rob Ferquson, Jameel ilə Reşamın məruz qaldığı təcavüzün "İslamofobik nifrət cinayəti" olduğunu vurğulayaraq, rəsmilərin bu kateqoriya nifrət cinayətləri ilə kifayət qədər məşğul olmadığını tənqid edib.

 

Xatırladaq ki, 21 iyunda işıqforda gözləyərkən avtomobilinə yaxınlaşan Con Tomlin adlı ingilisin atdığı turşuyla ağır yaralanan və 2 gün reanimasiyada qalan Muxtar, İngiltərənin "Channel 4" televiziyasına açıqlamasında təcavüzkarın onu müsəlman olduğu üçün hədəf aldığını və təcavüzün İslamofobik olduğunu söyləmişdi.

 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN