SON DƏQİQƏ

Lavrov: ABŞ və müttəfiqlərinin “Ən-Nusra”nı himayə etdikləri barədə əsaslar var

Tarix:6-07-2017, 16:37

SonXəbərlər-in verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ümidvar olduğunu bildirib ki, Astanada Suriya böhranının nizamlanması üzrə danışıqların növbəti raundunda de-eskalasiya zonaları barəsində birgə baxışı aydınlaşdırmaq mümkün olacaq. O, həmçinin qeyd edib ki, bəzi oyunçulardan geostrateji şahmat taxtasında Suriya üçün şərəfsiz və təhlükəli oyun aparır.

«ABŞ-ın  başçılığı  ilə «anti-İŞİD» koalisiyası və müttəfiqləri Ən-Nusra cəbhəsini/Təhrir əş-Şamı, yaxud özlərini necə adlandırarlarsa - gizli şəkildə  himayə edirlər. Bizim əlimizdə sübutlar var ki, hava hücumlarımız zamanı onlar müdafiə olunurlar», - deyə Rusiyanın XİN rəhbəri Serqey Lavrov bəyan edib.

«Hesab edirik ki, bu çox təhlükəli oyundur və bunun arxasında gizlənən məqsədlərdən asılı olmayaraq dərhal dayandırılmalıdır. Biz çox ciddi təhlükə ilə üz-üzəyik», - deyə o, əlavə edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN