Amerika Dövlət Departameninin rəhbəri Reks Tillerson iyulun 11-də Qətərə, iyulun 12-də isə Səudiyyə Ərəbistanına səfər edəcək.
SonXəbərlər-in RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə xarici siyasət qurumunun rəsmi nümayəndəsi Xizer Nauert bildirib. Onun sözlərinə görə, Dövlət katibi hər iki ölkənin ali rütbəli şəxsləri ilə görüşməyi planlaşdırır.
Bundan əvvəl Associated Pres bəyan etmişdi ki, Dövlət katibinin Körfəz ölkələrinə turnesi iyulun 10-dan 13-nə kimi davam edəcək və Küveytdən başlayacaq.