SON DƏQİQƏ

Tramp: İraq və Suriyada İŞİD terrorçularının sayılı günləri qalıb

Tarix:11-07-2017, 12:39

ABŞ prezidenti Donald Tramp bildirib ki, Mosul qələbəsi Suriya və İraqda İŞİD terrorçularının məhv edildiyini göstərir.

 

SonXəbərlər-in məlumatına görə, bu barədə AFP Trampın bıyanatına istinadən yazıb.

 

"Mosuldakı qələbə İraq və Suriyada terrorçularının günlərinin sayı qaldığına işarə verir", - deyə Tramp bildirib.

 

ABŞ prezidenti İŞİD terrorçularının tamamilə məhv ediləcəyi sözünü verib və Mosul qələbəsinə görə İraq xalqını təbrik edib.

 

Qeyd edək ki, dünən İraqın baş naziri Heydər əl-İbadi Mosula gələrək qələbəni rəsmən elan edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN