SON DƏQİQƏ

İsveçdə əcnəbilər xüsusi vergi ödəyəcəklər

Tarix:12-07-2017, 15:06

İsveç hökumətinin təqdim etdiyi yeni qanun layihəsinə əsasən, bu ölkədə çalışan xeyli sayda əcnəbi işçilər xüsusi vergi ödəməli olacaqlar.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hazırda İsveçdə müvəqqəti yaşayan hər hansı əcnəbi işçiyə işəgötürən əməkhaqqını ölkə hüdudlarından kənarda verəndə və onun iş vaxtının ümumi həcmi ildə 189 gün təşkil etdikdə, o, vergidən azad edilir.

Yeni qanun layihəsinə əsasən, İsveçdə yerləşən şirkətlərdə çalışan əcnəbilər dövlətə vergi ödəməli olacaqlar. Bunun üçün əcnəbi işçiyə vergi ödəmək şərti onun hansı müəssisədə çalışmasından asılı olacaq. İsveç hökuməti əcnəbilərin ölkənin vergi orqanlarında qeydiyyatdan keçmələrini də təklif etmişdir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN