Rusiya lideri Vladimir Putinlə İordaniya kralı II Abdullah arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, telefon danışığında başda terrorla mübarizə olmaqla, Yaxın Şərqdəki ümumi vəziyyət müzakirə edilib.
Tərəflər eyni zamanda Rusiya, İordaniya və ABŞ arasında 7 iyul tarixində imzalanan təhlükəsiz bölgələrlə bağlı razılaşmanın önəmini də vurğulayıblar.