ABŞ prezidentinin mətbuat katibi Sara Sanders Ağ Evin Rusiya, Şimali Koreya və İrana qarşı sanksiyaları dəstəkləyəcəyini açıqlayıb.
O, Senat tərəfindən qəbul edilən və Nümayəndələr palatasında da dəstəklənməsi gözlənilən qanun layihəsinin prezident tərəfindən təklif olunan redaktədə təsdiq eidləcəyinin anonsunu verib.
Qeyd olunur ki, yeni qanun layihəsi prezidentə Rusiyaya qarşı tətbiq olunan sanksiyaları birtərəfli qaydada ləğv etmək səlahiyyətini əlindən alır.
ABŞ-ın Rusiyaya qarşı sanksiya tarixi SSRİ dövrünə gedib çıxır.
1974-cü ildə prezident Cerald Ford Sovet İttifaqı və digər kommunist ölkələrinə qarşı ticarət məhdudiyyətlərini özü ilə bərabər gətirən sənədi imzaladı. Sənəd ABŞ konqresmenləri Henri Cekson və Çarlz Venik tərəfindən irəli sürüldüyü üçün tarixə “Cekson-Venik” düzəlişləri kimi düşdü.
Bu qanun əsasən SSRİ-dən köçüb getmək istəyən insanlara əngəl törədilməsi ilə bağlı qəbul edilmişdi.
Yalnız 40 il sonra, daha doğrusu, 2012-ci ilin dekabrın 12-də prezident Barak Obama Rusiyaya qarşı bu məhdudiyyətləri aradan qaldırdı.
Lakin üstündən heç bir həftə keçməmiş Rusiyaya qarşı daha çox “Maqnitski aktı” kimi tanınan yeni sanksiya paketi qəbul edildi.
2014-cü ildə isə Obama Rusiyanın Krımı və Ukraynanın şərqini işğal etməsi ilə əlaqədar əlavə sanksiyaların tətbiq olunması haqqında yeni akt imzaladı.
Sonuncu sanksiyalar prezident tərəfindən tətbiq olunduğu üçün icraedici akt sayılırdı. Yəni yeni prezident, daha doğrusu, Donald Tramp onu yeni aktla əvəz edərək sanksiyaları ləğv edə bilərdi. Bu səbəbdən ABŞ Senatı sanksiyaların qanuni qüvvə alması üçün düyməyə basdı və bu ilin iyunun 14-də 97-yə qarşı 3 səslə Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin tətbiq olunması ilə bağlı qanun layihəsini qəbul etdi.
Tramp administrasiyası sənədin tətbiqinin qüvvəyə minməməsi üçün onun Nümayəndələr Palatasında gecikdirilməsinə cəhd etsə də, görünür, qanunverici hakimiyyətin iradəsi qarşısında geri çəkilməyə məcbur olub.
Doğrudur, sanksiyaların nə dərəcədə effektiv olacağı ABŞ-da hələ mübahisə mövzusu olaraq qalır.
National Public Radio-nun verdiyi xəbərə görə, bununla bağlı ABŞ-ın önəmli düşüncə quruluşlarından sayılan Atlantik şurasında qızğın müzakirələr gedib. Müzakirə iştirakçıları bütövlükdə sanksiyaları dəstəklədikərini bəyan etsələr də, bəzi ehtiyatlı məqamların olduğunu diqqətə çatdırıblar:
1. Sanksiyalarən əsas hədəfi nədir
Sanksiyaların Rusiyaya qarşı vurduğu zərəyi dəqiq ölçmək mümkün olmasa da, onun Rusiya prezidenti Vladimir Putini qəzəbləndirdiyi şübhəsizdir. Lakin bu Rusiyanın gələcəkdə hansısa güzəştə gedəcəyi anlamına gələ bilməz.
“Biz gördük ki, 2014-cü il sanksiyaları Rusiyanın dünya kapitalına çıxışına ciddi maneə törədə bilir”, - İHS analitik şirkətinin vitse-prezidenti və qlobal enerji bazarları üzrə dünyanın aparıcı mütəxəssislərindən sayılan Daniel Yergin qeyd edib.
2. ABŞ təkbaşına hərəkət etməməlidir
“Etiraf etmək lazımdır ki, birtərəfli qaydada tətbiq olunan sanksiyalar adətən işləmir. Bunun üçün müttəfiqlərin dəstəyinə ehtiyac var”, -Atlantika şurasında Qlobal enerji mərkəzinin rəhbəri Riçard Morninqstar bəyan edib.
Onu sözlərinə görə, 2014-cü ildə tətbiq olunan sanksiyaların çalışmasının əsas səbəbi onların həm də Avropa Birliyi tərəfindən dəstəklənməsi olub. Yeni sanksiyalar isə xüsusilə Almaniya başda olmaqla bir sıra Qərb dövlətlərini narazı salıb. “Biz öz səhvlərimizdən nəticə çıxarmağı bacarmalıyıq”, - Morninqstar qeyd edir.
3. Putin necə reaksiya verəcək
“Putin qəbul oluna sanksiaylara rəğmən öz təxribat faəliyyətini davam etdirir. Bu səbəbdən onun üzərində təzyiqləri artımaq lazımdır”, - Obama administrasiyası dövründə Dövət Departamentində sanskiyaların koordinasiyası ilə məşğul olan Daniel Frid qeyd edir.
Fridin sözlərinə görə, Putin Qərb və Ukrayna tərəfindən edilən müqavimətin effektivliyini dərk etsə sazişə gedə bilər. Əks təqdirdə ondan hansısa güzəşt qoparmaq mümkün deyil.
“Biz əl-qolumuzu yanımıza salıb Rusiyanın sanksiyalara necə cavab verəcəyindən təlaşa düşməməliyik. İndi biz Rusiyanın saziş əldə etmək cəhdləri ilə bağlı necə davranacağımız üzərində köklənməliyik”, - Frid bildirib.
Sonxeberler.info