Sonxeberler.info-nun Haberler-ə istinadla verdiyi məlumata görə, TC prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiyadan S-400 Zenit raket sistemini almasına görə ABŞ-ın narahatlığından təəcübünü bildirib.
Bu barədə dövlət başçısı Qətər və Ərəb ölkələri arasında münaqişələrin həlli üçün Fars Körfəzi ölkələrinə səfərinin sonunda aeroportda bildirib.
“Rusiya? S-400-lərin hardan alınmasından niyə narahat olunçalıdır ki? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görür”, - deyə Ərdoğan vurğulayıb.
O, əlavə edib ki, ABŞ digər silahların alınmasında belə narahtçılığını göstərmir. Prezident əlavə edib ki, danışıqlar bitmək üzrədir.
Qeyd edək ki, ABŞ SQ Qərargah Rəsiləri Birgə Komitəsinin rəhbəri Cozef Danford bəyan etmişdi ki, Ankaranın Rusiyadan S-400 alması Vaşinqtonda narahatlıq doğurub.