SON DƏQİQƏ

Ukrayna yeni silahlarını sınaqdan keçirib

Tarix:25-07-2017, 16:22

Sonxeberler.info-nun verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri yeni silah və hərbi texnikasının nümunələrini sınaqdan keçirib. Bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının saytında məlumat gedib. 

 

Ukrayna Hərbi Sənaye Kompleksinin tərəfindən hazırlanmış yeni texnika Silahlı Qüvvələrin baş katibi  Aleksandr Turçinovun iştirakı ilə poliqonunda yoxlanılıb.

 

Nazirlik bildirib ki, 120 millimetrlik və 60 millimetrlik minaatanlar, "Qorliça" pilotsuz aviasiya kompleksi və raketlə təchiz olunmuş "Fantom-2" modernləşdirilmiş pilotsuz nəqliyyat vasitəsinin sınaqları baş tutub. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN