SON DƏQİQƏ

Gürcüstanda “Rustavi 2” telekanalının binası yanıb

Tarix:27-07-2017, 10:39

Gürcüstanda “Rustavi 2” telekanalının binasında güclü yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə telekanalın əməkdaşları məlumat verib.

Gecəyarısı qəflətən əmələ gələn yanğın böyük sahəni əhatə edib, telekanalın avadanlıqlarına ziyan vurub. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və polis cəlb edilib.

Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki, məlum deyil. Gürcüstan Daxili işlər nazirliyinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN