SON DƏQİQƏ

Merkelin zəng elədiyini görərkən bunu etdi

Tarix:28-07-2017, 10:22

Sonxeberler-in verdiyi məlumata görə, Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunker Almaniya kansleri Angela Merkelin telefon zənginə cavab verməyib. Olay Jan-Klod Yunkerlə Slovakiyanın baş naziri Robert Fiko arasında Brüsseldə keçirilən mətbuat konfransı zamanı baş verib. 

Belə ki, telefonuna zəng gəldiyini görən Yunker, "Pardon, həyat yoldaşım zəng edir",-deyə mətbuat konfransında bildirib. Ona zəng edən şəxsin əslində Almaniya kansleri Angela Merkel olduğunu görən Jan-Klod Yunker, "Xeyr, zəng edən xanım Merkeldir",-deyə daha sonra söyləyib.

 

Bu hadisə mətbuat konfransında iştirak edən Slovakiya baş naziri də daxil olmaqla, media nümayəndələrinin gülüşünə səbəb olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN