SON DƏQİQƏ

Nigeriyada terrorçuların hücumu nəticəsində azı 50 nəfər həlak olub

Tarix:28-07-2017, 11:52

Nigeriyada «Boko Haram» terror qruplaşmasının neft kəşfiyyatçılarından ibarət ekspedisiya üzvlərinə hücumu nəticəsində 50 nəfər həlak olub. Sonxeberler.info-nun verdiyi məlumata görə, Frans-Press hərbi və tibbi mənbələrə istinadla xəbər verib.

 

«Qurbanların sayı artır. Hazırda onların sayı 50-ni keçib və yeni-yen cəsədlər gəlməyə davam edir», - deyə agentliyini müsahibi bildirib.

 

Nigerian National Petroleum Corporation (NNPC) kompaniyasının nümayəndəsi bəyan edib ki, Çad gölü yaxınlığında neft kəşfiyyatı ilə məşğul olacaq geoloqlar və geodezistlər Borno ştatında Cibi  kəndi yaxınlığında oğurlanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN