Sonxeberler-in verdiyi məlumata görə, Pakistan Ali Məhkəməsi baş nazir Nəvaz Şərifi hakimiyyətdən uzaqlaşdırıb. "BBC" xəbər verir ki, buna səbəb baş nazir Nəvaz Şərifin korrupsiyada ittiham olunaraq araşdırılmasıdır.
Bildirilir ki, Pakistanın hökumət rəhbərinin kənarlaşdırılması barədə qərar yekdilliklə qəbul edilib. Məhkəmə bundan başqa Nəvaz Şərifə qarşı cinayət işi başlatmağı da qərara alıb.