SON DƏQİQƏ

Saakaşvilini vətənində həbs etmək üçün gözləyirlər

Tarix:31-07-2017, 10:05

Sonxeberler.info-nun verdiyi məlumata görə, rəsmi Tiflis səbirsizliklə Mixail Saakaşvilinin Ukraynadan qayıtmasının intizarındadır. Gürcüstan rəhbərliyi Ukrayna hakimiyyətindən Mixail Saakaşvilini deportasiya edilməsini gözləyir. 

 

Gürcüstanın ədliyyə naziri Teya Sulukiani "İmedi" telekanalına müsahibəsində bildirib ki, ölkənin hüquq-mühafizə orqanları sabiq prezidentin gəlişini səbrsizliklə gözləyir: "Saakaşvili, siyasətçi kimi daha heç kimə maraqlı deyil. Gürcü prokuror və müstəntiqlər çoxdan və səbirsizliklə onu gözləyir".

 

Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Baltikyanı ölkələrdə sığınacaq almaq niyyətindədir. Belə ki, onun Gürcüstan və Ukrayna vətəndaşlığı ləğv edildikdən sonra Latviyadan olan deputat Saakaşviliyə müvəqqəti yaşamaq üçün ölkəyə gətirilməsini təklif edib. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN