SON DƏQİQƏ

Müqtəda Əl-Sədr Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşüb - FOTO

Tarix:31-07-2017, 11:15

Sonxeberler.info-nun verdiyi məlumata görə, İraqda "Sədr" hərəkatının lideri Müqtəda Əl-Sədr Səudiyyə Ərbistanına rəsmi səfər edərək vəiləhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Səudiyyə rəhbərliyinin dəvəti ilə bu ölkəyə gedən Əl-Sədri Ciddə aeroportunda ölkənin daxili işlər naziri və digər rəsmilər qarşılayıb. 

 

"Əl-Ərəbiyyə" telekanalı xəbər verir ki, Müqtəda Əl-Sədr və Məhəmməd bin Salmanla görüş zamanı İraq və Səudiyyə Ərəbistanı arasındakı əlaqələr və hər iki ölkəni yaxından maraqlandıran regional məsələlər müzakirə olunub.

 

Əl-Sədr sonuncu dəfə 2006-ci ildə Səudiyyə Ərəbistanında olub. Mosul şəhərinin "İŞİD"dən xilas edilməsindən sonra İraqın baş naziri, daxili və xarici işlər nazirləri, həmçinin digər dövlət rəsmiləri də Səudiyyə rəhbərliyinin dəvəti ilə bu ölkəyə səfər edib. 

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının təkfirçi qrup "İŞİD" terror təşkilatını dəstəkləməsi, İraqda Səddam tərəfdarları olan "Bəəs"çilərə yardım etməsi və son olaraq Yəmənə müdaxilə etməsinə rəğmən İraq rəsmilərinin bu ölkəyə səfəri yerli əhali arasında birmənalı qarşılanmır. Dünən axşam Səudiyyənin şimal bölgəsində yaşayan bir qrup şiə ziyalısı da, Müqtəda Əl-Sədrə etiraz xarakteril sərt məktublar göndərib.

 

 

 

 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN