SON DƏQİQƏ

İsrail Netanyahu ilə Abbasın görüşünə razılıq verib

Tarix:1-08-2017, 15:32

İsrail ölkənin baş naziri Binyamin Netanyaxu ilə Fələstin lideri Mahmud Abbasın  görüşünə razılıq verib. Sonxeberler.info-nun verdiyi məlumata görə, bu barədə İsrailin Rusiyadakı səfiri Qarri Koren xəbər verib.

 

O, bildirib ki, bunun üçün Məbəd dağında vəziyyət sakitləşməli, Fələstin isə heç bir şərt irəli sürməməlidir. 

 

Koren xatırladıb ki, Beynəlxalq kvartet (Ərəb-israil münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə BMT, Rusiya, ABŞ və Avropa birliyinin səylərinin birləşdirilməsi) Qüdsdə İsrail və Fələstin tərəfi ilə görüşüb, bundan sonra isə bəyanat səsləndirib.

 

«Konsultasiyanın yekunları üzrə kvartetin bəyanatı bizi tam qane edir», - deyə Koren əlavə edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN