Moskvada «GTA bandası»nın işi üzrə məhkəmədə atışma zamanı müttəhimlərdən 4-ü öldürülüb. Sonxeberler.info-nun RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə məhkumların sabiq vəkili Diana Tatosova bildirib.
İntefaks isə 3 ölü və 2 ağır yaralı barədə xəbər verib.
****
Rusiyanın paytaxtı Moskvanın əyalət məhkəməsində «GTA bandası»nın (Moskvada avtomobilistləri öldürən terroçuların cinayətkar qrupu) işi üzrə müttəhim konvoya hücum edib. Sonxeberler.info-nun verdiyi məlumata görə, bu barədə «Moskovskiy komsomoleç» xəbər yayıb.
Təhlükəsizlik naminə bütün heyət evakuasiya edilib və hazırda küçəyə toplaşıblar.
MK bildirir ki, konvoya hücum liftdə baş verib. İlkin məlumatlara görə, konvoirlərdən biri yaralanıb.
Orta Asiyadan olan 9 müttəhim 2012-2014-cü illərdə Moskva ətrafı traslarda və Kaluja əyalətində bir sıra cinayətlərdə ittiham olunur.
İstintaqın versiyasına görə, müttəhimlər 17 nəfəri öldürüb və daha 2 nəfəri yaralayıb.