Sonxeberler.info-nun verdiyi məlumata görə, Rusiyada əhalinin 2014-cü ilin oktyabrdan 2017-ci ilin mayına qədər gəlirləri 19,2 faiz azalıb. Bu isə vətəndaşların rifahının 31 ay rəzində nisbətən aşağı düşməsi ilə nəticələnib.
Bu barədə "Ali İqtisad Məktəbi" araşdırmalar institutu "Rusiya Əhalisi 2017-ci ildə: Gəlirləri, xərcləri və sosial vəziyyəti" adlı hesabat dərc edib. Hesabatda göstərilir ki, 3 il ərzində Rusiyada təqaüdlərin həcmi də 6,9 faiz aşağı düşüb.
2014-cü ildən 2017-ci ilə qədər iqtisadiyyatda qeyri-sabitlik də 25,7 artıb. Ölkədə ərzaq məhsulları 28,5 faiz, qeyri-ərzaq malları 26,2 faiz, xidmət sektoru isə 21,3 faiz bahalaşıb.