SON DƏQİQƏ

Gürcüstanda azərbaycanlı gəlin ərinin əmisi oğlu ilə qaçıb - FOTO

Tarix:1-08-2017, 16:12

Gürcüstanın Krtsanisi rayonunun azərbaycanlılar yaşayan Poniçala kəndində gəlin iki azyaşlı körpəsini ataraq ərinin əmisioğluna qoşularaq qaçıb. 

 

Sonxeberler.info-nun Gürcüstandan verilən məlumatda bildirilir ki, qaçan gəlin Sadıqova Qələmkər Alik qızıdır.

 

Məlumata görə, gəlinin qaynatası Araz Mamedov Rusiyada yaşayır və iş adamıdır. Qardaşının ailəsinin çətin günündə onlara da yardım edib. Bir müddət əvvəl isə ailəsi ilə birgə Gürcüstana gəlibmiş və gəlin də onun qardaşı oğlu ilə həmin vaxt tanış olub, münasibət qurublar. Daha sonra Araz Mamedov ailəsi ilə Moskvaya qayıtsa da, gəlin ərinin əmisi oğlu ilə yazışmalarını davam etdirib.  

 

29 iyul tarixində isə Qələmkar Sadıqova 2 uşağını Moskvada qoyaraq Gürcüstana qaçıb. Onu ərinin əmisi oğlu Paşa Mamedov qarşılayıb. Onlar iki gün gizlənsələr də bu gün Q.Sadıqova Gürcüstan polisinə ifadə verib və könüllü şəkildə qaçdığını deyib.

 

Onların hər ikisinin 22 yaşı var və oğlan subaydır.

 

Məlumat verən mənbə şəkildəki xanımın Qələmkar Sadıqova olduğunu bildirir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN