SON DƏQİQƏ

Sabiq prezidentin qızı Gülnarə Kərimova Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır

Tarix:1-08-2017, 16:25

Özbəkistanın sabiq prezidentinin böyük qızı Gülnarə Kərimovanın respublikanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasının Qvardeysk küçəsindəki binasının üçüncü mərtəbəsində, VİP şəxslər üçün olan korpusda saxlandığı məlum olub.

 

Sonxeberler.info-nun məlumatına görə, bu barədə Ferghana.ru portalının baş redaktoru Daniil Kislov özünün yazıb.

 

Gülnarə Kərimova barəsində cinayət işi hələ 2013-cü ilin oktyabrında, dələduzluq və vergidən yayınma maddələri üzrə açılmışdı. Məhkəmə onu 5 il azadlıqdan məhdudlaşdırma cəzasına – ev dustaqlığına məhkum etmişdi. Prezident İslam Kərimovun vəfatından sonra 2016-cı ilin sentyabrında Gülnarənin öldürüldüyü barədə xəbərlər yayılsa da, sonradan bu məlumatların yalan olduğu üzə çıxmışdı.

 

Bu il iyulun 28-də Özbəkistan prokurorluğu Gülnarə Kərimovaya qarşı cinayət işinin təhqiqatının davam etdiyini və onun həbs olunduğunu bildirib. Prokurorluğun məlumatına əsasən, iki cinayət işi üzrə dövlətə vurulan zərərin ümumi miqdarı təxminən 2 milyard dollara yaxındır. Özbəkistan, həmçinin Gülnarənin daxil olduğu cinayətkar qrupun 12 ölkədəki 1,5 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə müraciət edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN