Sonxeberler.info-nun AFP-yə istinadən verdiyi məlumata görə, Pakistan parlamentinin keçirdiyi səsvermədə Nəvaz Şərifin vəzifəsindən uzaqlaşdırılmasından sonra Şahid Xaqan Abbasinin yeni baş nazir seçildiyi bildirilib.
Abbasi, 342 üzvü olan parlamentdə 221 millət vəkilinin səsini toplayaraq hökumət başçısı seçilib.
Parlamentin sözçüsü Sərdar Ayaz Sadiq bildirib ki, Abbasi bu gün andiçmədən sonra vəzifəsini icra etməyə başlayacaq.
Qeyd edək ki, N.Şərif korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb.