Sonxeberler.info-nun verdiyi məlumata görə, İsrailin baş Naziri Benyamin Netanyahunun arvadı Sara Netanyahu korrupsiya ittihamı ilə əlaqədar bu gün polisə ifadə verəcək. Bu barədə "Jerusalem Post" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Sara Netanyahunun adı iş adamlarından qanunsuz pul almaq, media patronuna rüşvət vermək və Almaniyadan alınan sualtı gəmilərlə bağlı korrupsiya qalmaqalında hallanır.
Bundan əlavə yerli polis Netanyahunun arvadının dövlət büdcəsindən xərcləri ilə bağlı da ayrı istintaq aparır.
Baş nazir Netanyahu da haqqında açılan korrupsiya araşdırması çərçivəsində bir neçə dəfə polisə ifadə verib.