Sonxeberler.info-nun verdiyi məlumata görə, Moldova rəhbərliyi Rusiyanın baş nazir müavini Dmitri Roqozini "persona non-qrata" elan edib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Dmitri Roqozinin arzuolunmaz şəxs barədə qərarını Moldovanın Nazirlər Kabineti verib.
"Təklif edirəm ki, Rusiyanın baş nazir müavini Dmitri Roqozinin Moldovada arzuolunmaz şəxs elan edək və onun ölkəmizin ərazisinə keçməyə imkan verməyək",-deyə iclasda ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Qalbur təklif irəli sürüb. Təklifi Nazirlər Kabinetinin üzvlərinin əksəriyyəti dəstəkləyib.