Sonxeberler.info-nun AlMasdarnyus-a istinadən verdiyi məlumata görə, İraq-Suriya sərhədində ABŞ-ın dəstəklədiyi "Azad Suriya Ordusu" (ASO) Suriya ordusuna qoşulmağa davam edir.
İordaniya ilə sərhəddə Tanf şəhərində bölgələri ələ keçirmiş "müxalifət" qüvvələri Amerika ordusunun dəstəyini geri çəkməsindən sonra Suriya ordusuna təslim olub.
Bu gün isə İraq-Suriya sərhədində ASO-nun digər qanadı Ceyş Muğavir Əl-Tura döyüşçüləri Suriya ordusuna təslim olublar.
Qeyd edək ki, bu son həftə ərzində ASO-nun üzvləri kütləvi şəkildə Suriya ordusuna təslim olurlar.