SON DƏQİQƏ

İraqın daha bir nüfuzlu alimi Səudiyyə Ərəbistanına səfər edəcəkmi?

Tarix:2-08-2017, 14:30

Sonxeberler.info-nun verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı hökuməti İraqın nüfuzlu şiə alimlərindən olan Seyid Əmmar Əl-Həkimi bu ölkəyə dəvət etmişdi. 

 

Bu gün Səudiyyə Ərəbistanının Əl-Həyat qəzeti, Seyid Əmmar Əl-Həkimin yaxın zamanda Səudiyyə Ərəbistanına səfər edəcəyini yazıb. 

 

Bundan əlavə İraq mətbuatı qeyd edib ki, Əmmar Əl-Həkim Səudiyyə Ərəbistanına səfər etməyəcək. O, Tehranda İran prezidenti Həsən Ruhanin inaqurasiya mərasimində iştirak edəcək. 

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının təkfirçi qrup "İŞİD" terror təşkilatını dəstəkləməsi, İraqda Səddam tərəfdarları olan "Bəəs"çilərə yardım etməsi və son olaraq Yəmənə müdaxilə etməsinə rəğmən İraq rəsmilərinin bu ölkəyə səfəri yerli əhali arasında birmənalı qarşılanmır. Müqtəda Əl-Sədrin bu ölkəyə səfərindən sonra Səudiyyənin şimal bölgəsində yaşayan bir qrup şiə ziyalısı da, Sədrə etiraz xarakteril sərt məktublar göndərmişdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN