SON DƏQİQƏ

Lukaşenko: 300 min belaruslunu işləməyə məcbur etməliyik

Tarix:3-08-2017, 15:05

Sonxeberler.info-nun verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkənin 300 min vətəndaşını işləməyə məcbur etmək lazımdır. "BELTA" agentliyi xəbər verir ki, bu barədə o, avqustun 3-də çıxışı zamanı bildirib. 

 

"Bizdə işləməyən insanların sayı ən azı yarım milyon nəfərdir. Onlardan 200 minini işdən azad edə bilərik: Çoxuşaqlı, xəstə və əlil insanlar bəlkə də işləmək istəyirlər, amma onların durumu buna imkan vermir",-deyə Belarusun dövlət başçısı qeyd edib.

 

"Amma 300 mini nə edək? Biz onları işləməyə məcbur etməliyik. Bu bütünlükdə bir ideologiyadır. Bunu xalqdan gizlətmək lazım deyil",-deyə Lukaşenko vurğulayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN