İraqın Mosul şəhərində İŞİD-in təsiri altına düşən valideynləri tərəfindən qeyri-qanuni şəkildə Rusiyadan aparılan 48 uşaq var. Sonxeberler.info-nun verdiyi məlumata görə, bu barədə Russia Today telekanalı xəbər yayıb.
RF prezidenti yanında Uşaq Hüquqlarının Müdafiəsi qurumunun rəhbəri Anna Kuzneçova İraqa aparılan uşaqlara reabilitasiyadan keçməyə və yeni valideynlər tapmağa kömək edəcəklərini bildirib. Ombudsman isə bununla bağlı yeniyetmələrin hüquqi müşaiyyətini təmin edəcək, xüsusi reabilitasiya mərkəzldəri uşaqların aparıldığı regionu müəyyənləşdirəcək, valideynlərinin qohumlarına və ya qəyyumlarına verilənə qədər onlara tibbi və psixi yardım edəcək.
Hazırda yeniyetmələr uşaq evlərinə yerləşdiriliblər. Rusiya XİN-i İordaniya və İraq siyasətçilərilə birgə uşaqların vətənlərinə qayıtmağı təşkil edir.
Evakuasiyanın iki mərhələdə aparılacaq: uşaqlar əvvəl Mosuldan İordaniyaya, ordan da Rusiyaya qohumlarının yanına göndəriləcək.