Sonxeberler.info-nun verdiyi məlumata görə, Rusiyanın Belarusda təxminən 100 min əsgərin iştirakı ilə keçirəcəyi hərbi təlim regionda narahatlıqları artırıb. Bir neçə ay davam edəcək təlim Qərbə güc nümayiş etdirmək kimi xarakterizə olunur.
Rusiya təlimə qərb mənasını verən "Zapad" adı verib. Təlimlər üçün Sovet İttifaqının dağılmasından bu yana ilk dəfə ön cəhbədə müdafiə "Tank ordusu" yaradılıb.
Qeyd edək ki, Rusiyanın Belarusda hazırda təxminən min nəfərlik havadan müdafiə və rabitə heyəti var.
ABŞ rəhbərliyi NATO müttəfiqləri Polşa, Litva və Latviyaya ilə sərhəddə yerləşən Belarusda təlimlərin keçirilməsini Rusiyanın bölgədə hərbi varlığını artırmaq kimi qəymətləndirib.