SonXəbərlər-in verdiyi məlumata görə, Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Biq-Ben” saat qülləsi 4 il müddətinə işlməyəcək. Buna səbəb avqustun 21-dən saat qülləsində aparılacaq təmir işləri olacaq.
"Reuters" xəbər verir ki, təmir 2021-ci ildə başa çatacaq.
Qeyd edək ki, zəng demək olar 157 il ərzində fasiləsiz işləyib. Sonuncu dəfə burada ciddi təmir işləri 1980-ci illərin ortalarında aparılıb. “Biq-Ben”in dörd siferblatı da təmir edilsə də, lakin onlardan biri ictimaiyyətə açıq olacaq.