SON DƏQİQƏ

Cənubi Koreya prezidenti: Müharibə olmayacaq

Tarix:17-08-2017, 11:45

"Koreya yarımadasında müharibə olmayacaq". SonXəbərlər-in "Renhap" agentliyinə istinadən  verdiyi məlumata görə, bu sözləri Cənubi Koreya prezidenti Mun Çje İn deyib. O, bildirib ki, hərbi gücdən istifadə ABŞ-a Şimali Koreyaya təzyiq göstərmək üçün lazımdır

 

“Tam əminliklə bəyan edirəm - Koreya yarımadasında heç vaxt müharibə olmayacaq. Hərbi gücdən istifadə ABŞ-a Şimali Koreyaya təzyiq göstərmək üçün lazımdır",- deyə Cənubi Koreya prezidenti əlavə edib. 

 

Mun Çje İn həmçinin vurğulayıb ki, Şimali Koreya üçün “qırmızı xətt” nüvə başlığının yaradılmasıdır və rəsmi Pxenyan bu xətdə artıq yaxınlaşıb: “Hər halda Şimali Koreya ilə dialoq yalnız müəyyən şərtlər əsasında mümkündür”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN