Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
CHP lideri Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iittiham olunur.
Məlumata görə, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin verdiyini bildirib.
Qeyd edək ki, məlumat hələ rəsmi təsdiqini tapmayıb.