SonXəbərlər-in verdiyi məlumata görə, Qətərdən Həcc ziyarətinə gedəcək zəvvarlar Səudiyyə Ərəbistanı ərazisinə pulsuz çatdırılacaq. Bu barədə Səudiyyə kralı Salman bin Əbdüləziz Əl-Səud sərəncam verib.
"Sky News Arabia" xəbər verir ki, qətərli zəvvarları daşımaq üçün Dohaya təyyarələr kralın hesabına göndəriləcək.
Qeyd edək ki, 23 avqust tarixindən başlayaraq dünyanın müxtəlif ölkələrindən milyonlarla müsəlman Məkkə və Mədinəyə yola düşəcəklər. Həcc ziyarətinin əsas ayinləri avqustun 30-da başlayacaq.