SON DƏQİQƏ

Lavrov şimali koreyalı həmkarı ilə görüşəcək

Tarix:4-08-2017, 15:42

Sonxeberler-in verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənub-Şərqi Asiya Dövlətləri Birliyinin Filippinin paytaxtı Manilada keçiriləcək toplantısı çərçivəsində şimali koreyalı həmkarı Li Su Enlə görüşəcək. Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. 

 

Rusiya XİN-i Sergey Lavrovun Şimali Koreyanın XİN rəhbəri ilə görüşəcəyini təsdiqləyib. Görüş zamanı rəsmi Pxenyanın son vaxtlar keçirdiyi raket sınaqları və regionda təhlükəsizlik məsələri müzakirə olunacaq. 

 

Buna qədər ABŞ Filippinə təzyiq göstərərək Şimali Koreyanın Cənub-Şərqi Asiya Dövlətləri Birliyinin toplantısında iştirakdan məhrum edilməsini istəyirdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN