SON DƏQİQƏ

Stoltenberq: NATO-ya Rusiya ilə yeni müharibə lazım deyil

Tarix:4-08-2017, 14:52

"NATO-ya Rusiya ilə yeni soyuq müharibə və qarşıdurma lazım deyil". Bu sözləri "CNN" telekanalının efirində NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, hərbi alyans öz böyük qonşusu ilə dialoq axtarır.

 

Yens Stoltenberq müsahibə zamanı sentyabr ayında Rusiyanın Baltikyanı ölkələrlə sərhəddə 100 minlik qoşunla təlim keçirməsinə də münasibət bildirib: "Biz, hər hansı müttəfiqimizə, o cümlədən baltikyanı ölkələrə qarşı birbaşa heç bir təhlükə görmürük. Hesab edirik ki, bu təlimlər uzun illər müşahidə etdiyimiz təlimlərin tərkib hissədir ki, Rusiya hərbi qüvvələrini bu dəfə xeyli artırıb. Bu səbəbdən NATO soyuq müharibə dövründən bu yana ilk dəfə müdafiə qüvvələrini əhəmiyyətli şəkildə möhkəmləndirib. NATO çevik reaksiya qüvvələrinin həcmini üç dəfə artırıb, şərq hissəsində varlığını gücləndirib, Baltikyanı ölkələr və Polşaya dörd döyüş qrupu yerləşdirib. Eyni zamanda biz yeni soyuq müharibə istəmirik. Biz Rusiya ilə qarşıdurma istəmirik, ona görə də proporsional və balanslaşdırılmış şəkildə fəaliyyət göstəririk. Rusiya ilə dialoq axtarmağa davam edirik, çünki o bizim ən böyük qonşumuzdur, belə də qalacaq. Biz  münasibətlərdə gərginliyi aradan qaldırmağa çalışmalıyıq".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN