SON DƏQİQƏ

Səudiyyə Ərəbistanında ilk dəfə şəriətdən kənar çimərlik açılacaq

Tarix:4-08-2017, 11:52

Sonxeberler-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rəhbərliyi ilk dəfə şəriat qaydalarına zidd olan nəhəng turizm kompleksini inşa edəcək. Yerli KİV-lər yazır ki, 34 min kvadrat km ərazisi olacaq kompleks Umludj və Əl-Vəyh şəhələri arasında 50 adadan ibarət olacaq.

 

Qırmızı dənizin sahilində yerləşəcə kompleks Səudiyyə Kralının Rifahı Fondu tərəfindən inşa ediləcək. İstirahət kompleksi xarici turistlər üçün nəzərdə tutulub və əcnəbilərə spirtli içkilər və daha rahat geyimlərdən istifadəyə icazə veriləcək. Səudiyyə rəhbərliyi həmçinin ölkəyə turist məqsədilə gələcək əcnəbilər üçün viza məhdudiyyətlərinidə yumşaldacaq. 

 

İstirahət kompleksinin birinci mərhələsi 2019-ci ilin ikinci yarısında, layihə bütövlükdə isə 2022-ci ildə hazır olacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN