SON DƏQİQƏ

Roman Abramoviç boşanmaq qərarına gəlib

Tarix:7-08-2017, 16:30

Sonxeberler-in verdiyi məlumata görə, rusiyalı milyarder Roman Abramoviç və xanımı Darya Jukova  ayrılmaq qərarına gəliblər. Bu barədə New York Post qəzeti yazıb. 

 

İki övlad sahibi olan cütlük avqustun 7-də boşanmaq barədə mediaya müraciət edib: "10 illik birgə həyatdan sonra hər ikimiz çətin qərar qəbul etmişik. Hə-halda biz dost kimi qalacağıq, valideyn və tərəfdaş kimi rollarımız davam edəcək."

 

2005-ci ildə tanış olan Abramoviç və Jukova cütlüyü nikah masasına 2012-ci ildə oturub. Cütlüyün 2009-cu ildə Aaron adlı oğlu, 2013-cü ildə isə Leyu adlı qızları dünyaya gəlib. Darya Jukova milyarderin üçüncü həyat yoldaşıdır. R.Abromoviçin əvvəlki nikahından 5 uşağı daha var.

 

Qeyd edək ki, Roman Abromoviç Çukotka Muxtar Dairəsinin sabiq qubernatoru, "Çelsi" klubunun prezidentidir. Onun sərvəti 8 milyard dollar təşkil edir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN