Sonxeberler-in verdiyi məlumata görə, İrannın "İDRO" və "Negin Group" şirkətləri Fransanın şirkəti olan "Renault"la ölkə tarixinin ən böyük avtomobil müqaviləsinə imza atıb. Bu barədə "Sputnik" agentliyi məlumat yayıb. Məlumata görə, 2018-ci ildən başlayaraq 150 min avtomobil istehsalını nəzərdə tutan saziş bu gün Tehranda imzalanıb.
Qeyd edk ki, 660-778 milyon dollar dəyərində olan müqavilə, 2015-ci ildə İranla aparılan nüvə müqaviləsindən sonra beynəlxalq sanksiyaların aradan qaldırılmasıdan sonra baş tutub.