SON DƏQİQƏ

Mixail Saakaşvilini 11 il həbs cəzası gözləyir

Tarix:7-08-2017, 15:35

Sonxeberler-in verdiyi məlumata görə, Mixail Saakaşvili barəsində 11 il həbs cəzası çıxa bilər. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Gürcüstanın sabiq prezidenti barəsində 4 cinayət işi üzrə olan məhkəmə çəkişməsi gedir.

 

Gürcüstan Prokurorluğunun nümayəndəsi Nati Sonqlaşvili bildirib ki, Saakaşvili bankir Sandro Qirqvlianinin qətlini ört-basdır etmək, külli miqdarda dövlət vəsaitini mənimsəmək, deputat Valeriya Qelaşvilinin amasızcasına döyülməsini təşkil etmək və müxalifətin "İmedi" kanalını ələ keçirməkdə ittiham olunur. 

 

Bu arada Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru, hazırda hər iki ölkənin vətəndaşlığından məhrum edilən Mixail Saakaşvili bəyan edib ki, Ukrayna vətəndaşlığının bərpası uğrunda mübarizə aparacaq və aktiv siyasətə qayıdacaq. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN