Sonxeberler-in verdiyi məlumata görə, Livanın Hizbullah təşkilatının nizamlı ordusu İŞİD terrorçularının nəzarətində olan Əl-Biqa məntəqəsinin geri alınması üçün əməliyyatlara başlayıb. Suriya-Livan sərhədində yerləşən məntəqənin ilk olaraq Rəsul-Bəq qəsəbəsi terrorçularından təmizlənib.
Bundan əlavə Hizbullah döyüşçülərinin geri alınmış Ərsal məntəqəsindən şimalda yerləşən Holat əz-Zinar, Fəqihə və Şəbib qəsəbələrində də döyüşlər aparır. Livan ordusunun Hizbullah döyüşçülərinə artileriya dəstəyi verdiyi bildirilir.