Sonxeberler-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında taxt-tacının varisi, vəliəhd şahzadə Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdi olub. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, şahzadə Məhəmmədi öldürməyə çalışan adam Səudiyyə Ərəbistanı Kral ailəsindəki şahzadələrdən biridir. Şahzadə Məhəmmədin səhhətinin yaxşı olduğu, sui-qəsdçi şahzadənin isə həbs olunduğu deyilir.
Ekspertlər Kral Salman bin Əbdüləzizin gözləniləndən daha tez taxtdan imtina edəcəyini düşünür. Adı açıqlanmayan sui-qəsdçi şahzadənin, vəliəhd şahzadə Məhəmmədin taxta oturmasına mane olmaq üçün belə bir hücum həyata keçirdiyi bildirilir.