İspaniyada terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 14 nəfərin öldüyü, 130 nəfərin yaralandığı, onlardan 65-in xəstəxanada müalicə aldığı bildirilirdi.
Ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər.
Polis Kambrils şəhərində 5 terrorçunu zərərsizləşdirib, 4 nəfər saxlanılıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.